"Qəbələ" Avroliqanı xalsız bitirdi, "Sent-Etyen"dən əzmkar qələbə

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi - "Qəbələ" son oyununu səfərdə keçirəcək. Rəqib Almaniyanın "Maynts" klubu olacaq.

Keçirdiyi bütün görüşlərdə məğlub olan Roman Qriqorçukun komandası azarkeşlərinə qələbə ilə təsəlli vermək niyyətindədir. Növbəti mərhələ imkanları olmayan "Maynts" üçün də bu görüş formal xarakter daşıyır. 

Qrupun digər matçında "Anderlext" və "Sent-Etyen" qrup qalibini müəyyənləşdirəcək.


08 dekabr 2016
Avropa Liqası, 6-cı tur
"C" qrupu

“Maynts” (Almaniya) – “Qəbələ” - 2:0
QOLLAR:
Hek, 29 (1:0); De Blasis, 40 (2:0)

“Maynts”: 33. Yanik Hut, 2. Qaulo Donati, 15. Con Kordoba, 16. Stefan Bell, 17. Jairo Sampeyro, 20. Fabian Fray, 22. Andre Ramalyo, 24. Qaetan Busman, 25. Jan Flip Qbamin, 32. Pablo De Blasis, 42. Aleksandr Hek

Ehtiyat oyunçular: 1. Yonas Lösl, 3. Leon Baloqun, 8. Levin Öztunalı, 10. Yunus Mallı, 18. Daniel Brosinski, 36. Aaron Seydel, 38. Qerrit Holtman

Baş məşqçi: Martin Şmidt

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 44. Rafael

Baş məşqçi: Roman Qriqorçuk 

Baş hakim: Simon Li Evans
Baş hakimin köməkçiləri: Qaret Uin Cons, Luis Ross Edvards
Əlavə köməkçi hakimlər: Brayn Markam-Cons, Nik Pratt
Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiş (Estoniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)
Maynts. “Maynts Arena” stadionu

"Anderlext" - "Sent-Etyen" - 2:3
QOLLAR:
Çibçiu, 21 (1:0); Stançiu, 31 (2:0); Soderlund, 62 (2:1); Soderlund, 67 (2:2); Monne-Pake, 74 (2:3)

1. Sent Etyen   6 3 3 0 8:5 12

     

2. Anderlext   6 3 2 1 16:8 11

     

3. Maynts   6 2 3 1 8:10 9

     

4. Qəbələ   6 0 0 6 5:14 0