"Qəbələ"dən növbəti transferlər

Yeni mövsümün hazırlıqlarına start verən “Qəbələ” iki futbolçunun transferini rəsmən açıqlayıb.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bunadək İlqar Qurbanovla müqavilə bağlayan  “qırmızı-qaralar” qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovu da heyətinə qatıb. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aqil Məmmədov son olaraq AZAL-da, Elvin Məmmədov isə "Zirə"də çıxış edib.