"Qəbələ"nin futboçusu cəzasını aldı

Sportline.az  PFL-in saytına istinadən  xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 6-cı turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ”nin futbolçuları Stiven Monroz ilə Ruslan Qurbanov arasında mübahisə ilə bağlı aşağıdakı qərarla qəbul edilib:

Topaz Premyer Liqasının 6-cı turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ”nin futbolçuları Stiven Monroz ilə Ruslan Qurbanov arasında mübahisə baş verib və Stiven Monroz öz komanda yoldaşına əl ilə zərbə endirib.

“Qəbələ”  İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq futbolçuya veriləcək cəzanın azaldılmasını xahiş edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib.

“Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ” nin futbolçusu Stiven Monroz aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.