"Qəbələ"nin sabiq baş məşqçisi ilə bağlı qərar verildi
"Lokomotiv"in baş məşqçisi Yuri Syomin baş məşqçi vəzifəsini davam etdirəcək. Sportline.az xəbər verir ki, bu haqda, Moskva klubunun direktorlar şurasının üzvü Salman Babayev məlumat verib. Xatırladaq ki, 70 yaşlı mütəxəssis bu mövsüm "Lokomotiv"ə Rusiya kubokunu qazandırıb. Ölkə çempionatını isə, komanda 8-ci yerdə başa vurub.