"Qəbələ"nin sabiq baş məşqçisi "İnter"də

“İnter” klubunda yeni təyinatlar rəsmiləşib. Sportline.az klubun saytına istinadən xəbər verir ki, Ramiz Məmmədov bundan sonra Bakı  təmsilçisində çalışacaq.  “Qəbələ”nin sabiq baş məşqçisi əvəzedici heyət üzrə koordinator təyin olunub.  İlqar Hüseynov əvəzedici heyətin baş məşqçisi, Rüstəm Əliyev isə baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.