"Qəbələ"nin sabiq müdafiəçisi yeni klubda
"Qəbələ"nin sabiq müdafiəçisi Mixail Sivakov Rusiyanın "Amkar" klubu ilə müqavilə bağlayıb. Sportline.az xəbər verir ki, bu haqda Perm təmsilçisinin rəsmi saytında məlumat yayılıb. Son mövsümü "Orenburq"da keçirən 29 yaşlı belarus futbolçu Premyer Liqada 14 oyunda meydana çıxıb. Xatırladaq ki, təcrübəli müdafiəçi 2015-ci ildə "Qəbələ"nin şərəfini qoruyub.