"Qəbələ"nin sabiq futbolçusu erməni klubunu bu səbəbdən tərk edib

 "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Marat İzmaylov Rusiyanın "Ararat" komandasından ayrılıb. Sportline.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar. 35 yaşlı qərarını belə izah edib: "Bu, mənim üçün çox çətin qərardır. Lakin şəxsi səbəblərdən komandanı tərk etməli oldum". Qeyd edək ki, Marat İzmaylov 2013-2014 mövsümünün ikinci yarısında "Qəbələ"nin formasını geyinib. Ermənilərə məxsus "Ararat"a yayda azad agent kimi transfer olunmuş İzmaylov 4 oyuna 2 qol vurub.