"Qəbələ"nin "sükanı arxası"nda kim olacaq?

UEFA Gənclər Liqasında Niderland "AZ Alkmaar"ı ilə qarşılaşacaq "Qəbələ" avrokubok yarışına əvəzedici komandanın baş məşqçisi Famil Xəlilovun rəhbərliyi altında yollanacaq.

Sportline.az xəbər verir ki, bu haqda Fanat.Az-a "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.

Xəlilov U-19-un baş məşqçisi kimi çempionluq qazandırsa da, hazırda əvəzedicilərə rəhbərlik edir. "Qəbələ-2" isə əsasən, Gənclər Liqasına yollanacaq komandanın üzvlərindən təşkil olunub. Bu üzdən rəhbərlik belə qərar verib.

Qeyd edək ki, bölgə təmsilçisi ilk oyununu sentyabrın 29-da evdə, cavab qarşılaşmasını isə oktyabrın 20-də səfərdə keçirəcək. "Qəbələ" - "AZ Alkmaar" cütünün qalibi ikinci mərhələyə adlasa, “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.