Qehi "Çelsi"dən getdi
“Çelsi” futbolçusu Mark Qehini satıb.
Sportline.az xəbər verir ki, 21 yaşlı müdafiəçini “Kristal Palas” transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb. Britaniya mətbuatı "Çelsi"nin bu satışdan 20 milyon funt qazandığını yazıb.
Qeyd edək ki, Mark Qehi ötən mövsüm icarə əsasında “Suonsi”də çıxış edib.