"Qırmızı şeytan" əməliyyat masasında

Şotlandiya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktominey əməliyyat olunub. 

Sportline.az xəbər verir ki, məlumatı Premyer Liqa klubunun rəsmi saytı yayıb. 

Xəbərə görə, qasıq nahiyyəsində zədəsi olan futbolçunun əməliyyatı uğurlu keçib. Lakin onun yaşıl meydanlara nə zaman qayıdacağı məlum deyil. 

Qeyd edək ki, "Mançester Yunayted" növbəti turda "Vulverhempton"la qarşılaşacaq.