Qırmızı vərəqə aldı, hakimi döydü
Braziliyada keçirilən "Boa" - "Quarani" matçında xoşagəlməz hadisə yaşanıb.
SportLine.az xəbər verir ki, matçın 61-ci dəqiqəsində qonaqların futbolçusu Antonio Ferreyra kobud oyun səbəbindən qırmızı vərəqə ilə cəzalandırılıb.
Əsəblərini cilovlaya bilməyən 32 yaşlı müdafiəçi oyunun baş hakiminə hücum çəkib.