"Qızıl oğlan" - Mbappe
Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, "Tuttosport" nəşrinin keçirdiyi sorğuda PSJ və Fransa millisinin üzvü Kilian Mbappe nominasiyanın qalibi olub.
Hücumçu bununla da, "Qızıl oğlan" ("Golden Boy") mükafatına sahib çıxıb.
O, səsvermədə həmyerlisi Usman Dembele ("Barselona”) və braziliyalı Qabriel Jesuşu ("Mançester Siti”) qabaqlayıb.