"Qızıl top"un sahibi Bakıya gələcək
Milli komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu sentyabrın 9-da Bakıda Ukrayna komandasına qarşı keçirəcək.
Sportline.az xəbər verir ki, bu görüşlə bağlı Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2004-cü ildə "Qızıl top" mükafatına layiq görülən Andrey Şevçenko da olacaq.
Qeyd edək ki, Kiyev "Dinamo"su, "Milan" və "Çelsi"nin sabiq ulduzu 2024-cü ildən Ukrayna Futbol Assosiasiyasının rəhbəridir.