"Qızıl Top"un sahibi bəlli oldu
FİFA 2015-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. SportLine.az xəbər verir ki, Argentina millisinin və "Barselona" futbol klubunun üzvü Lionel Messi ən yaxşı adına layiq görülüb. O, səsvermədə Neymar (Braziliya, "Barselona") və Kriştiano Ronaldonu (Portuqaliya, "Real Madrid") qabaqlayıb.
Qeyd edək ki, Messi ötən il klubu ilə Çempionlar Liqası, UEFA Super Kuboku, "La Liqa" və İspaniya Kubokuna sahib çıxıb.