Qordon "Barselona"da

"Barselona" klubu "Nyukasl Yunayted" ilə Antoni Qordonun transferi barədə razılıq əldə edib.

Sportline.az bu barədə insayder Fabrizio Romanonu məlumat yayıb.

İddialara görə, "Barselona" bu transfer üçün "Nyukasl" klubuna 70 milyon avro sabit ödəniş edəcək.

Müqaviləyə futbolçunun göstərəcəyi şəxsi performansa və komandanın gələcək uğurlarına əsaslanan əlavə bonuslar da daxil edilib.

Nəzərdə tutulan əlavə ödənişlərlə birlikdə ümumi transfer məbləğinin 80 milyon avronu keçməsi şərti qoyulub