Qranit Caka İngiltərəyə qayıdır

"Bayer"in isveçrəli futbolçusu Qranit Caka karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Sanderlend" 32 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

32 yaşlı yarımmüdafiəçinin Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Caka İngiltərədə daha əvvəl "Arsenal"ın formasını geyinib.