Qrizmann: "Fürsətləri boşa verdik"

Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann "Qarabağ"la görüşdən sonra fikirlərini klubun saytı ilə bölüşüb. SportLine.az xəbər verir ki, fransalı futbolçu komandada çatışmazlıqların olduğunu deyib:

"Qol vurmaqda çətinlik çəkirik. Bu oyunda da fürsətləri boşa verdik. Daha çox çalışıb, daha çox qol vurmalıyıq".

Komandanın növbəti mərhələ imkanlarını yüksək qiymətləndirən A.Qrizmann, "Hələ üç oyunumuz var. Özümüzə inanırıq. Bu oyunlarda lazımi nəticəni əldə edib qrupdan çıxamağa çalışacağıq", - deyə bildirib.

Xatırladaq ki, "Qarabağ" - "Atletiko" matçı qolsuz bərabərliklə yekunlaşıb.