Qurban Berdıyev "Rostov"dan ayrıldı

Tanınmış türkmən mütəxəssis Qurban Berdıyev «Rostov»dab ayrılıb. Sportline.az xəbər verir ki, o, klubun vitse-prezidenti vəzifəsini tərk edib. Rusiya mətbuatının yaydığı xəbərlərdə 64 yaşlı məşqçinin "Rubin"ə qayıdacağı bildirilir. Xatırladaq ki, 2014-cü ildə "Rostov"a gələn Berdıyev komandanı Çempionlar Liqasının qrup mərhələsinə çıxarmışdı.