Qurban Qurbanov: “Məndən başqa hamı “Ferensvaroş”u keçdiyimizi düşünür”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferensvaroş”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, o, “Sumqayıt”a qarşı Premyer Liqa matçından (0:1) sonra təşkil edilən mətbuat konfransında Budapeşt təmsilçisi barədə ehtiyatla danışıb. Q.Qurbanov özündən başqa hamının “Qarabağ”ın mərhələni keçdiyini düşündüyünü, bu fikirlərin isə komandasına mane ola biləcəyini deyib.

Xatırladaq ki, “Qarabağ” səfərdə keçirilmiş ilk oyunda 3:1 hesabı ilə qələbə qazanıb. Komandalar arasında cavab matçı isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.