Qurbanov Belarus klubu ilə müqavilə imzaladı
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, "Zirə"dən ayrılan Ruslan Qurbanov özünə yeni klub tapıb.
Sportline.az xəbər verir ki, Qurbanov karyerasını Belarusun "Slaviya-Mozır" komandasında davam etdirəcək.
Ruslan 20 turdan sonra 16 komanda arasında 14-cü olan "Slaviya-Mozır"la 6 aylıq müqavilə imzalayıb.