"Qəbələ" "Qarabağ"ı əliboş yola saldı
Bu gün Topaz Premyer Liqasında 19-cu tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Turun mərkəzi görüşündə çempionluq uğrunda mübarizə aparan iki komanda - "Qəbələ" və "Qarabağ" münasibətləri aydınlaşdıracaq. Birincilərin meydanında keçiriləcək görüş mövsümün ən mühüm oyunlarından hesab edilir.
Doğma meydanda daha inamlı təsir bağışlayan "radarlar" son iki turda qələbə üzünə həsrət qalan "köhlən atlar"ı əliboş yola salmaqla zirvəyə şərik olacaq. Qurban Qurbanovun komandası isə 3 xalla böyük üstünlüyə yiyələnəcək.
19 fevral 2017
TPL, 19-cu tur
“Qəbələ” – “Qarabağ” - 2:0
QOLLAR: Zenyov, 29 (1:0); Ozobiç, 69 (2:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 31. Daniel Subotiç, 9. Sergey Zenyov
Ehtiyat oyunçular: 33. David Petrjkeviç, 21. Roman Hüseynov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 18. Baqali Dabo, 27. Teo Uiks, 34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 8. Miçel.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 22. Əfran İsmayılov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev, 32. Elvin Yunuszadə, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov