Qvardiola futbolçusu haqqında danışıb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ingiltərəli futbolçu Con Stounz haqqında danışıb.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəsis 31 yaşlı stopper haqqında bu fikirləri səsləndirib;

"Son iki ildə Stounz zədələrdən əziyyət çəkir. Nə zaman yaşıl meydanlara qayıdacaq bilmirəm. Bizimlə birgə məşq etmir", - deyə Qvardiola bildirib.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm 13 rəsmi matçda iştirak edib.