Qvardiola: “Halaandı az fərqlə İsakdan üstün sayıram”

Pep Qvardiola jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az BBC kanalına istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubun hücumçusu Erlinq Halandın İsakı üstələdiyini bildirib.

Məşqçi mətbuat konfransında bunları söyləyib:

“Haalandı az fərqlə İsakdan üstün sayıram. İsak xüsusi oyunçudur və onun üçün ödənilən transfer məbləğini nəzərə alsaq, top-futbolçu olmalıdır. Amma siz məndən Erlinq haqqında soruşurdunuz. O, top-futbolçudur. Kimsə Mbappe, Messi və ya Ronaldonun adını çəkə bilər, amma mən Halandı heç kimə dəyişmərəm. Onu yaxşı tanıyıram və çox bəyənirəm", - deyə Qvardiola bildirib.