Qvardiola Şerki haqqında danışıb

Qvardiola fransalı futbolçusu Rayan Şerki barədə danışıb.

Sportline.az xəbər verir ki, "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun gənc futbolçusu Rayan Şerki ilə bağlı maraqlı açıqlama verib.

İspan mütəxəssis futbolçunun komanda üçün oynamaq istəyi və meydandakı təsirindən məmnun qaldığını bildirib.

Qvardiola qeyd edib ki, Şerki ehtiyatda qalanda narazı olur və daha çox kömək etmək istəyir:

“Onun oynamadığı zaman əsəbiləşməsi məni çox təəccübləndirdi. Çünki o, komandaya kömək etmək istəyir.”

Baş məşqçi həmçinin futbolçunun Premyer Liqadakı ilk mövsümündə göstərdiyi performansı yüksək qiymətləndirib:

Onun ilk mövsümündə – qol və məhsuldar ötürmələr baxımından – təsiri çox böyükdür. O, 10, 15 və ya 20 dəqiqə oynasa belə, hər dəfə nəsə yaradır, komandaya nəsə gətirir", - deyə Qvardiola bildirib.