Qvardiola ulduz futbolçunu istəyir
"Mançester Siti" "Real Madrid"ın ulduzu Cud Bellingemi transfer etmək istəyir.
Sportline.az "Defensa Central"a istinadən xəbər verir ki, Pep Qvardiola 21 yaşlı futbolçunu komandasında görmək istəyir.
Təcrübəli mütəxəsis De Brüynenin yerini Cud Bellingemlə doldurmaq niyyətindədir.
Lakin "Real"ın rəhbərliyi bu transferə qarşıdır.
Qeyd edək ki, Bellingemin Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 10 qol və 10 asistlə yadda qalıb.
Bellingemin hazır ki transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.