Rafinya İngiltərə nəhənginə keçə bilər
İngiltərənin “Mançester Yunayted” klubu “Barselona”nın braziliyalı hücumçusu Rafinyanı transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı futbolçunu heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi isə Rafinyanı yalnız 140 milyon avro qarşılığında satmağa razıdır. “Barselona”nın bu məbləği oyunçunun bazar dəyərinə və müqavilə müddətinə əsaslanaraq müəyyən etdiyi bildirilir.