Ramil Şeydayev mövsümü belə keçirdi
Milli komandamızın futbolçusu Ramil Şeydayev üçün mövsümü uğurlu saymaq olar. Sportline.az xəbər verir ki, "Jilina"nın heyətində Slovakiya çempionu olan gənc forvard qış fasiləsindən sonra 12 oyuna 5 qol vurmaqla komandanın uğuruna töhvəsini verib.