Ramil Şeydayevin dublu

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatında mövsümün son oyununu keçirib. SportLine.az xəbər verir ki, bir neçə tur öncə çempionluğu rəsmiləşdirən "Jilina" “Podbrezova”nı qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:0.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqədə meydana daxil olub. O, 82 və 89-cu dəqiqələrdə qol vurub.
 
Qeyd edək ki, “Jilina” çempionatı 73 xalla bitirib.