Ranqnik: "Polşa ilə oyuna qələbə üçün çıxacağıq"
Bu gün Avropa çempionatında qrup mərhələsinin ikinci turunun oyunları keçiriəcək.
Sportline.az xəbər verir ki, gərgin mübarizə vəd edən görüşlərdən birində Polşa və Avstriya komandaları üz-üzə gələcəklər.
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik UEFA-nın rəsmi saytına oyunla bağlı fikirlərini bölüşüb.
"Bu həlledici oyundur. Heç-heçə heç birimizə sər etmir. Ona görə də meydana qələbə üçün çıxacağıq. Pley-offa adlamaq niyyətindəyik. Bunun üçün isə qrupda azı bir qələbə qazanmaq lazımdır. Biz müdafiə futboluna üstünlük vermirik. Yalnız qələbə üçün meydana çıxacağıq", - deyə Ranqik bildirib.
Qeyd edək ki, Polşa - Avstriya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.