Ranyeri Fransa klubunda

"Lester"lə yollarını ayırdıqdan sonra işsiz qalan Klaudio Ranyeri karyerasını Fransada davam etdirəcək. SportLine.az "France Football"a istinadən xəbər verir ki, "Nant" italiyalı mütəxəssislə razılığa gəlib.

Müqaviləyə əsasən, K.Ranyeri növbəti iki mövsümdə Birinci Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Nant" ötən mövsümü 7-ci pillədə yekunlaşdırıb.