Rasmus Höylund özünü xoşbəxt hiss edir

Danimarkalı hücumçu Rasmus Höylund "Napoli"yə keçidindən sonra verdiyi ilk açıqlamada İtaliya klubunda özünü "evdəki kimi" hiss etdiyini bildirib.

Sportline.az xəbər verir ki, "Napoli" "Mançester Yunayted"in 22 yaşlı futbolçusunu icarə əsasında heyətinə qatıb və müqaviləyə məcburi satınalma şərti də daxil edilib.

"Burada xüsusi bir futbol mədəniyyəti var. Bunu hələ 'Atalanta'da oynadığım dövrdə, 'Napoli'yə qarşı qonaq kimi gələndə hiss etmişdim. Azarkeşlər çılğın və ehtiraslıdır, bu da onları digərlərindən fərqləndirir" - deyə Höylund bildirib.