Rasmus "Milan"a transfer olacaq

"Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund "Milan"a transfer olmağa yaxındır.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu futbolçunun meneceri təmas halındadır.

Rasmusun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, 22 yaşlı futbolçunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.