Rauf oynadı, komandası 1 xalla kifayətləndi
Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Vlajniya” kollektivi olub.
Qarşılaşma bərabərliklə yekunlaşıb - 2:2.
R.Əliyev start heytində meydana daxil olub və sonadək meydanda qalıb. Futbolçu 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 8 turdan sonra 17 xalı olan Raufun komandası lider “Skenderbeu”dan 5 xal geri qalır.