Rauf oynadı, komandası 1 xalla kifayətləndi
Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Kamza" kollektivi olub.
Qarşılaşma bərabərliklə yekunlaşıb - 2:2.
R.Əliyev matçın 64-cü dəqiqəsində oyuna qoşulub.
Qeyd edək ki, hesabında 19 xalı olan "Kukesi" 2-ci pillədədir. 25 xala sahib "Skenderbeu" yarış cədvəlinə liderlik edir.