Rauf oynadı, komandası heç-heçə etdi

Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Flamurtari” kollektivi olub.

Qarşılaşma bərabərliklə yekunlaşıb - 1:1.

R.Əliyev meydana 46-cı dəqiqədə daxil olub.

Qeyd edək ki, 9 turdan sonra 17 xalı olan “Kukesi” 2-ci pillədə qərarlaşıb.