Raufdan daha bir qol
Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Luftetari” komandası olub.
Qarşılaşma "Kukesi"nin qələbəsi ilə yekunlaşıb - 3:0.
R.Əliyev 73-cü dəqiqədə görüşdə son nöqtəni qoyub. Bu, futbolçunun "Kukesi"nin heyətində 3-cü qolu olub.
Qeyd edək ki, “Kukesi” 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Eyni xala malik “Skenderbeu” isə liderdir.