"Real" 1 milyon avro ianə etdi
İspaniyanın bir sıra vilayətləri daşqından əziyyət çəkir.
Sportline.az xəbər verir ki, "Dana" qasırğasının qurbanlarından biri də Valensiyadır.
Təbii fəlakət bu vilayətə böyük zərər vurub.
150 nəfərin həyatına son qoyan daşqınlar Valensiya və onun ətrafındakı yaşayış məntəqələrində futbol matçlarının da təxirə salınması ilə nəticələnib.
Madrid "Real"ı bu vilayətdə əziyyət çəkənlərə bir milyon avro məbləğində vəsait ianə edib.
Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.
Madridlilər digər klubları da bu aksiyaya qoşulmağa dəvət ediblər.