"Real" 3-cü divizion klubunu penaltilərlə keçdi
İspaniya Kral Kubokunda 1/16 final mərhələsi davam edir. SportLine.az xəbər verir ki, yarışın favoritlərindən "Real" 3-cü divizion təmsilçisi “Fuenlabrada” ilə qarşılaşıb.
Matç Madrid təmsilçisinin qələbəsi ilə yekunalşıb - 2:0. Hər iki qol penaltidən vurulub.
“Fuenlabrada” – “Real” – 0:2
Qollar: Asensio, 63 (pen.), Lukas, 80 (pen.)