“Real” Endriklə bağlı qərar verib
“Real Madrid”in brazilyalı futbolçusu Endrikin klubdan ayrılmayacağı dəqiqləşib.
Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Endrikə güvənir. Mövsümün geri qalan hissəsində əsas heyətdə yer alacağına inanır.
Bu səbəbdən klub Endrikə göndərilən bütün təklifləri rədd edib.
Qeyd edək ki, Endrik cari mövsümdə çıxış etdiyi 14 matçda 2 qolla yadda qalıb.
18 yaşlı futbolçunun “Real”la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.