"Real" Enzonu transfer etmək istəyir
"Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandez karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Enzonu transfer etmək üçün hərəkətə keçib.
London klubunun rəhbərliyi 24 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Enzo Fernandez 2023-cü ilin yanvar ayında "Benfika"dan "Çelsi"yə 121 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm çıxış etdiyi 33 matçda 5 qol və 9 asistlə yadda qalıb. Enzonun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.