“Real” Konate ilə maraqlanır

“Real Madrid” mövsümün sonunda heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az “Telefoot”a istinadən xəbər verir ki, “Liverpul”un fransalı müdafiəçisi İbrahima Konate “Real Madrid”in transfer siyahısında yer alıb.

Konatenin transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2021-ci ilin yayında 40 milyon avro qarşılığında “Leipziq”dən “Liverpul”a transfer olmuşdu.