"Real" Levandovskidən imtina etdi

"Real" "Bavariya"nın futbolçusu Robert Levandovskini transfer etməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçunu almaqdan imtina edib. O, artıq "kral klubu"nun maraq dairəsində deyil. "Real" hazırda yalnız PSJ-dən Kilian Mbappeni transfer etməyi düşünür.

Qeyd edək ki, Levandovski Münhen təmsilçisindən ayrılmaq niyyətindədir.