"Real Madrid" 3 futbolçusu ilə yollarını ayıracaq
“Real Madrid” üç futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, məşqçi Xabi Alonso qapıçı Andrey Lunin, yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Rodriqonun satılmasına razılıq verib.
İddialara görə, məşqçi onları əsas heyət futbolçusu hesab etmir.
Qeyd edək ki, Rodriqonu "Liverpul", "Arsenal" və "Paris Sen-Jermen", Lunini isə "Qalatasaray" klubu transfer etmək istəyir.