“Real Madrid” argentinalı futbolçunu heyətinə qatıb

Yarımmüdafiəçi Franko Mastantuono bu gün, öz ad günündə “Real”ın futbolçusu kimi təqdim olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

18 yaşlı argentinalının təqdimatı Bakı vaxtı saat 13:00-da “Real Madrid City”də keçirilib, ardından isə oyunçu jurnalistlərlə görüşüb.

Mastantuono Madrid klubu ilə 30 iyun 2031-ci ilədək müqavilə imzalayıb.