"Real Madrid" Asensio ilə bağlı qərar verib
Bir neçə Avropa klubu "Real Madrid"in 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə maraqlanıb.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, son transfer pəncərəsi zamanı PSJ ispan futbolçunu almağa cəhd edib.
Los Blankosun isə Asensionu satmaq fikrində olmadığı deyilir.
Futbolçu özü də kral klubundan ayrılmaq istəmir.
22 yaşlı müdafiəçinin müqaviləsində sərbəst qalma məbləği 50 milyon avro göstərilib.
Bu mövsüm Asensio bütün yarışlarda 34 oyunda iştirak edib və 2 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazır ki müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt"portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 7,5 milyon avrodur.