"Real Madrid" "Atalanta"nın gənc futbolçusunu transfer etmək istəyir
"Real Madrid" klubu "Atalanta"nın 20 yaşlı müdafiəçisi üçün rəsmi təkli göndərib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "kral" klubu Ceorci Skalvini üçün İtaliya komandasına 60 milyon avro ödyə biləcəyini bildirib.
Gənc futbolçu ilə şəxsi razılıq əldə olunsa da "Atalanta" klubu gənc müdafiəçi üçün 100 milyon avro tələb edib.
Qeyd edək ki, Ceorci Skalvini "Atalanta" forması ilə çıxdığı 20 matçda 1 qol,1 asistlə yadda qalıb.