"Real Madrid" - "Atletiko Madrid": Düşərgələrdəki son durum
İspaniya La Liqasının 23-cü turu Madrid derbisi ilə əlamətdar olacaq.
Sportline.az xəbər verir ki, "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Atletiko Madrid"lə münasibətləri aydınlaşdıracaq.
"Real"ın heyətində əsas itki Antonio Rüdiger, Dani Karvaxal, David Alaba və Eder Militao adı ilə bağlıdır.
"Atletiko"da isə Rodriqo Rikelme və Robin Le Normand iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək matçı Sezar Soto Qrade idarə edəcək.