“Real Madrid” bu gün “Valensiya” ilə üz-üzə gələcək

İspaniya La Liqasında 11-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Real Madrid" "Santiaqo Bernabeu"da "Valensiya"nı sınağa çəkəcək.

"Los blankos"da qapıçı Andrey Lunin cəza, Antonio Rudiger, David Alaba və Dani Karvaxal zədə səbəbindən oyunu buraxmalı olacaq.

"Valensiya"da isə Dmitri Folkuer, Muktar Diakabi, Filip Uqriniç və Larci Ramazani zədədən əziyyət çəkir.

Qeyd edək ki, "Real Madrid" - "Valensiya" görüşü bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.

Oyunun ədalət təmsilçisi Mateo Buskets olacaq.