"Real Madrid" "final four"a yüksələn ilk komanda oldu, "Fənərbağça" seriyada irəli çıxdı

Basketbol üzrə Avroliqada pley-off mərhələsinin növbəti oyunları olub.

Sportline.az xəbər verir ki, səfərdə "Baskoniya" ilə qarşılaşan "Real Madrid" rəqibini 102-98 hesabı ilə məğlub edərək seriyadakı 3-cü qələbəsini qazanıb və növbəti mərhələyə yüksəlib.

Digər oyunda isə "Fənərbağça" İstanbulda keçirilən oyunda "Monako" üzərində qələbə qazanıb.89-78.

Bu nəticə ilə  Türkiyə təmsilçisi seriyada 2-1 hesabı ilə irəli çıxıb.

Qeyd edək ki, Avroliqanın son qalibi finalda "Olimpikos"u məğlub edən "Real Madrid" olub.