"Real Madrid" fransalı futbolçusunu satmayacaq

"Real Madrid" fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı satmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

22 yaşlı futbolçu klubda xoşbəxt olduğunu dilə gətirib.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildən "Real"ın uğurları üçün çalışır.

"Çelsi" sözügedən oyunçunu transfer etmək istəyir, lakin Madrid rəhbərliyi bu təklifə müsbət yanaşmır.